“Arsenal”ın ulduzu azərbaycanlı gənci PAYLAŞDI - VİDEO

İngiltərənin "Arsenal" klubunun 40 milyon avro dəyərində olan futbolçusu Rikardo Calafiori azərbaycanlı gəncin çəkdiyi videonu sosial şəbəkədə paylaşaraq gündəm yaradıb.

meqale.com xəbər verir ki, sevgi dolu videonu öz "Instagram" hekayəsində repost edən məşhur müdafiəçi qısa zamanda böyük maraq doğurub. Paylaşım az müddət ərzində 12 milyondan çox baxış toplayaraq viral olub.

Azərbaycanlı gəncin videosu təkcə "Arsenal" azarkeşləri arasında deyil, beynəlxalq idman səhifələrində də yayılaraq müsbət rəylər qazanıb.

Sosial şəbəkə istifadəçiləri Calafiorinin bu addımını gənc istedadlara dəstək nümunəsi kimi qiymətləndiriblər.