Arif Buzovnalının dəfn edildi - YENİLƏNİB

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Arif Buzovnalı ilə vida mərasimi Məşədi Qərib məscidində başa çatıb.

Arif Buzovnalının dəfn edildi - YENİLƏNİB
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Arif Buzovnalı ilə vida mərasimi Məşədi Qərib məscidində başa çatıb.

meqale.com xəbər verir ki, mərhum şairlə vida mərasimində ailə üzvləri və sənət dostları iştirak ediblər.

Arif Buzovnalı Buzovna qəbiristanlığında dəfn edilib.

xxx

Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri, şair, qəzəlxan, tədqiqatçı, şeirşünas Əliyev Arif Rauf oğlu (Arif Buzovnalı) vəfat edib.

meqale.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesablarında məlumat veriblər.

Şairin bu gün uzun sürən ağır xəstəlikdən yaşadığı evdə dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Arif Əliyev 1972-ci il sentyabrın 6-da Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub.