“Apple” ilin sonuna qədər daha bir cihazını təqdim edəcək

"Apple" şirkəti oktyabr ayının sonunda yeni "Mac" kompüterlərini təqdim edəcək. 

“Apple” ilin sonuna qədər daha bir cihazını təqdim edəcək
"Apple" şirkəti oktyabr ayının sonunda yeni "Mac" kompüterlərini təqdim edəcək. 

meqale.com lente istinadən bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin müşahidəçisi Mark Qurmanın sözlərinə görə, 14 və 16 düymlük "MacBook Pro" noutbuklarının yeni versiyaları ilin əvvəlində təqdim edilib. Ona görə də şirkət onları mütləq yeniləməyəcək. Bununla belə, "Apple" bir müddətdir ki, 13 düymlük "MacBook Pro" və "iMac" masaüstü kompüterini yeniləməyib. 

Sonda mütəxəssis qeyd edib ki, 2023-cü ilin oktyabrında "Apple" kompüterlərə kiçik bir yeniləmə təqdim edəcək. "iMac Pro"nun 2025-ci ildə, "MacBook Pro"nun isə 2026-cı ildə əsas yeniləməsi gözlənilir.