Aparıcı BU SÖZLƏRƏ görə işdən çıxarıldı
Fransız aparıcı İsrail ordusunun sözçüsü ilə söhbətdən sonra işdən çıxarılıb.
meqale.com xəbər verir ki, İsrail ordusunun sözçüsü Oliver Rafoviçlə canlı efirdə dialoq aparıcının işini itirməsiylə nəticələnib.
Həmin dialoqu təqdim edirik:
Aparıcı: İsrail dinc sakinləri öldürmədən HƏMAS-a qarşı beynəlxalq qanunlar əsasında əməliyyat keçirə bilməzmi?
O.Rafoviç: HƏMAS mülki insanları öldürərkən beynəlxalq qanunlara uyğun hərəkət etdi?
Aparıcı: Deməli, siz de HƏMAS kimi davranırsınız. Doğrudanmı?
O.Rafoviç: Siz jurnalist yox, siyasətçi kimi danışırsınız.