Antalyada Azərbaycan və Rusiya XİN başçılarının görüşü keçirilib - YENİLƏNİB - FOTO
15:59
12 aprel 2025-ci il tarixində Antalyada keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.
meqale.com xəbər verir ki, Azərbaycan XİN-in mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.
"Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. Nazirlər ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, ticarət-iqtisadi, humanitar və təhsil aspektlərini, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər", - paylaşımda deyilir.
14:58
meqale.com xəbər verir ki, 12 aprel 2025-ci il tarixində Antalyada keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.
meqale.com