“Anamla indiyə qədər öpüşüb-qucaqlaşmamışıq, ən yaralı yerimdir"

Tanınmış aktrisa Xuraman Əliyeva etirafları ilə diqqət çəkib.

“Anamla indiyə qədər öpüşüb-qucaqlaşmamışıq,  ən yaralı yerimdir
Tanınmış aktrisa Xuraman Əliyeva etirafları ilə diqqət çəkib.

meqale.com xəbər verir ki, sənətçi anası ilə münasibətlərinə dair səmimi açıqlamalar verib:

"Anamla indiyə qədər heç vaxt öpüşməmişik. Bir-birimizi sevirik, amma bir dəfə də olsun qucaqlaşmamışıq. Başqalarında öpüşüb-qucaqlaşma görəndə təəccüblənirəm. Anamla aramızdakı sevgi uzaqdan, "platonik"dir. Bir-birimizlə nəfəs alırıq, amma bunu göstərə bilmirik. Bu, ən yaralı yerimdir.

Övladımı isə çox qucaqlayıb öpürəm. Uşağımla dostam. Özüm görmədiklərimi övladıma yaşadıram. Oğlumla böyük söhbətləri edirəm, o da mənə eyni şəkildə cavab verir".