Amerikadan gətirilən bu avtomobillərdə nöqsan aşkarlandı - Geri qaytarmalısınız - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, "Ford"un rəsmi saytında öz avtomobilləri ilə bağlı məlumat yayıb:
"Sizin və sərnişinlərinizin təhlükəsizliyi hər bir istehsal etdiyimiz avtomobil üçün əsasdır. Buna görə də 2019-2020-ci il Ford Fusion Energi Plug-in Hybrid modelləri üçün geri çağırış elan etmişik"
meqale.com xəbər verir ki, məlumatda bildirilir ki, avtomobilin baqaj hissəsində yanğın baş vermə ehtimalı mövcuddur ki, bu da sürüş zamanı yaralanma riskini artırır. Tələb edirik ki, problemin həlli tapılana qədər avtomobilinizi enerji ilə doldurmaqdan çəkinəsiniz.
Bəzi modellər işə düşməyə və ya sürmə zamanı "Stop Safely Now" mesajını göstərməyə bilər və bir neçə saniyə ərzində güc itkisi baş verə bilər.
Bəs Amerikadan auksiondan alınıb Bakıya gətirilən avtomobillərdə bu proses necə tənzimlənir? Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, müəyyən qüsur aşkarlanan avtomobilllərin geri çağırılması o demək deyil ki, istehsalçıya geri qaytarılır.