Azərbaycanın ən gənc rektoru - FOTO
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva həmkarları arasında bu postu tutan ən gənc kadr sayılır. 39 yaşını yenicə tamamlamış xanım rektor ixtisasca ingilis dili müəllimidir.
meqale.com-ın məlumatına görə, Səadət Əliyeva karyerasına 2008-ci ildə Azərbaycan Universitetində başlayıb. Onun bütün uğurları bu ali təhsil müəssisəsi ilə bağlıdır. Səadət Əliyeva 2008-ci ildə laborant kimi əmək fəaliyyətinə başladığı universitetə 9 ildir rəhbərlik edir. Onunla bağlı təyinat 13 mart 2017-ci ildə reallaşıb.
Qeyd edək ki, Səadət Əliyeva 13 sentyabr 1986-cı ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib. 2017-ci ildə dissertasiya işini müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.
Səadət Əliyevanın əsas tədqiqat sahəsi Britaniya uşaq ədəbiyyatıdır. O "İpək yolu" və "Çağlayan" jurnalının baş redaktoru və Midlsekd Universiteti tərəfindən çap olunan "Children's Literature in Education Journal"ının redaksiya heyətinin üzvüdür.