Ağcaqanadlardan bezənlərin NƏZƏRİNƏ: bu, saniyədə 30-nu öldürür - FOTO

"Indiegogo" platformasında uçuş zamanı ağcaqanadları izləyə və məhv etməyə qadir olan "Photon Matrix" lazer sistemi üçün vəsaitlərin toplanması kampaniyasına start verilib.

meqale.com  bu barədə "4PDA" saytına istinadla xəbər verir.

Cihaz bezdirici həşəratları aşkar etmək üçün "LiDAR" moduluna əsaslanır. "Photon Matrix" onların yerini, istiqamətini və ölçüsünü cəmi üç millisaniyə ərzində təsbit edir, bundan sonra ikinci lazer işə salınaraq, ağcaqanadlar dərhal məhv edir.

Əsas model üç metr radiusda işləyir, Pro versiyasında isə məhvetmə zonası altı metrə qədər artırılıb.

Hər iki modifikasiya saniyədə 30-a qədər ağcaqanad məhv etməyə qadirdir və hətta tam qaranlıqda da işləyir.