AÇ-2024: Pley-off mərhələsinin püşkü atıldı
UEFA AÇ-2024-ün pley-off mərhələsinin püşkatma mərasimini keçirib.
meqale.com fanat.az-a istinadən xəbər verir ki, 12 komanda hər biri dörd iştirakçıdan ibarət üç yola bölünüb.
Qeyd edək ki, qalib gələn komandalar finala vəsiqə qazanacaqlar. Yekunda sonuncu üç yerin sahibi bəlli olacaq.
Yarımfinal oyunları 2024-cü il martın 21-də, finallar isə martın 26-da keçiriləcək.
AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
A Yolu
Polşa - Estoniya Uels - Finlandiya
Uels - Finlandiya matçının qalibi finalda ev sahibi olacaq.
B Yolu
İsrail - İslandiya Bosniya və Herseqovina - Ukrayna
Bosniya və Herseqovina ilə Ukrayna arasında keçirilən görüşdə qalib gələn tərəf finalda ev sahibi olacaq.
C Yolu
Gürcüstan - Lüksemburq Yunanıstan - Qazaxıstan
Həlledici görüşdə Gürcüstan - Lüksemburq matçının qalibi ev sahibi olacaq.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun