ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım paketi ayıracaq
ABŞ Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrılacağını açıqlayıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Pentaqonun mətbuat xidməti bildirib.
Məlumata əsasən, bu paket çərçivəsinndə bir neçə növ silah və avadanlıq, o cümlədən Patriot hava hücumundan müdafiə sistemləri üçün mərmilər və Stinger insan daşına bilən hava hücumundan müdafiə sistemləri göndəriləcək.
Bundan əlavə, Ukraynaya "Javelin" tank əleyhinə raket kompleksləri, "Bradley" piyada döyüş maşınları, "Stryker" zirehli maşınları, həmçinin HIMARS reaktiv yaylım atəşi sistemləri, partlayıcı maddələr, artilleriya mərmiləri, tank əleyhinə sistemlər üçün raketlər kimi digər növ silah və avadanlıqlar və s. göndəriləcək.