ABŞ prezidenti İsraillə bağlı əmr verdi

ABŞ Prezidenti Co Bayden İsrailə əlavə yardım barədə göstəriş verib.\

ABŞ prezidenti İsraillə bağlı əmr verdi
ABŞ Prezidenti Co Bayden İsrailə əlavə yardım barədə göstəriş verib.\

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Qeyd olunur ki, Bayden və vitse-prezident Kamala Harris vəziyyətlə bağlı məlumatlandırılıb və israilli tərəfdaşları ilə sıx əlaqə saxlamaq niyyətindədirlər.

Açıqlamada dəstək haqqında heç bir təfərrüat verilməyib.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken deyib ki, İsrailin ABŞ-dan əlavə hərbi yardım istəyib:

"Biz israillilərin etdiyi xüsusi əlavə tələblərə baxırıq - düşünürəm ki, bu barədə daha çox bu gün eşidəcəksiniz".

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından olan fələstinli radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başlayıb.