ABŞ-də “ChatGPT” insanları pis vəziyyətdə qoydu: İlk cərimə tətbiq edildi
ABŞ-də vəkillər məhkəmə prosesində "ChatGPT" neyron şəbəkəsi tərəfindən verilən feyk informasiyadan istifadə etdikləri üçün cərimələniblər.
meqale.com oxuya istinadən bildirir ki, "Levidow, Levidow & Oberman PC" adlı Nyu-York hüquq firması məhkəmə proseslərində süni intellektlə yaradılmış feyk sitatlardan istifadə etdiyinə görə 5000 dollar məbləğində cərimələnib.
Bu, dünyada ilk hadisə olub ki, süni intellekt insanı pis vəziyyətdə qoyub və cəza almasına səbəb olub.