65 yaşlı aktrisa verilişə çimərlik geyimində gəldi - VİDEO

Amerikalı komediyaçı və aktrisa Keti Qriffin 65 illik yubileyi münasibətilə "Şerri Şeperd Şousu"na qeyri-adi geyimdə çıxışı ilə gündəm olub.

65 yaşlı aktrisa verilişə çimərlik geyimində gəldi - VİDEO
Amerikalı komediyaçı və aktrisa Keti Qriffin 65 illik yubileyi münasibətilə "Şerri Şeperd Şousu"na qeyri-adi geyimdə çıxışı ilə gündəm olub.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki,aktrisa efirə qırmızı bikini, üst geyim və aşağı belli şortda çıxaraq tamaşaçıları təəccübləndirib. Onun bu görünüşü sosial mediada geniş müzakirələrə səbəb olub.

Qriffin çıxışı zamanı "Utanmıram" ifadəsini səsləndirib və səhnədə rəqs edərək şounun ab-havasını canlandırıb.

Qeyd edək ki, 65 yaşını qeyd edən Keti Qriffinin bu çıxışı barədə kadrlar proqramın aparıcısı Şerri Şeperdin YouTube kanalında paylaşılıb.