33 rusiyalı Türkiyədə qəzaya düşdü
Türkiyənin Side bölgəsində 33 rusiyalı turisti daşıyan avtobus qəzaya düşüb.
meqale.com xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası Teleqram kanalında məlumat yayıb.
Məlumata görə, onlar ciddi xəsarət almayıb:
"Antalya hava limanından Sideyə gedən turistləri daşıyan avtobus yoldakı maneəyə çırpılıb. Avtobusda Rusiyadan olan 33 turist olub. Qəza nəticəsində turistlərdən heç biri ciddi xəsarət almayıb". (axar.az)