140 kiloqramlıq piton qoyunu uddu
Malayziyada yeddi metr uzunluğunda piton tutulub.
meqale.com lente istinadən bildirir ki, 140 kiloqramlıq piton qoyunu udduqdan sonra tutulub.
KİV-in məlumatına görə, piton iri qoyunu yedikdən sonra hərəkətsiz halda yaxalanıb. Mülki müdafiə qüvvələri bildirib ki, ilanın ovunu tamamilə həzm etməsi bir neçə həftə çəkə bilər.
Bu vaxta qədər o insanlar üçün az təhlükəlidir.
İlanı tutmaq üçün dörd nəfər cəlb olunub. Onlara pitonla mübarizədə təxminən 25 dəqiqə vaxt sərf ediblər. Bundan sonra o, təhlükəsiz yerə aparılaraq mütəxəssislərə təhvil verilib.