“Zidan barədə danışmayacağam, çünki...” - Mbappe

Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe DÇ-2026-dan sonra "xoruzlar"ı tərk edəcək Didye Deşamın davamçısı kimi hansı məşqçini gördüyünü açıqlayıb.

“Zidan barədə danışmayacağam, çünki...” - Mbappe
Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe DÇ-2026-dan sonra "xoruzlar"ı tərk edəcək Didye Deşamın davamçısı kimi hansı məşqçini gördüyünü açıqlayıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, forvard bu barədə "Le Parisien"ə müsahibəsində danışıb.

"Deşamın yeni varisi ilə bağlı çoxlu fərziyyələr var. Bəs sənin hər hansı seçimin varmı?", - sualına Kilian belə cavab verib:

"Kimi nəzərdə tutduğunuzu başa düşürəm, amma bu mövzuda danışmayacağam, çünki bu mənim vəzifəm deyil. Federasiyanın prezidenti var, qərarları o verir. Hamı Zidandan danışır. Biz (red.-futbolçular) mağarada yaşadığımızı və ətrafımızda baş verənlərdən xəbərsiz olduğumuzu iddia etməyəcəyik. Lakin bu haqda danışmaq bizim işimiz deyil".

"Yenə də Deşamın ideal xələfinin kim olacağı barədə fikrin nədir?", - sualına cavabında isə fransalı ulduz bunları deyib:

"Zinəddin Zidan! Amma, bayaq dediyim kimi, qərarı verən Filip Diallo (red.-Fransa Futbol Federasiyasının prezidenti) olacaq. Gəlin görək o, hansı kriteriyalara əsaslanaraq qərarını verəcək".

Qeyd edək ki, Didye Deşam 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatından sonra Fransa millisindən ayrılacaq. Onun postu üçün Zinəddin Zidanla danışıqlara başlanıldığı və əsas namizəd olan Zidanın müddətsiz müqaviləsi olacağı ilə bağlı məlumatlar yayılıb.