Yuli Sezarın öldürüldüyü yerin qapısı turistlərin üzünə açıldı - FOTO
İtaliyanın "Torre Argentina" meydanında Qədim Romanın dövlət və siyasət xadimi, sərkərdə, dünya tarixinin ən güclü insanlarından biri Yuli Sezarın öldürüldüyü yerin qapısı turistlərin üzünə açılıb.
meqale.com oxuya istinadən bildirir ki, bu yerdə eramızdan əvvəl 3-cü əsrə aid dörd məbəd və Pompey Teatrının qalıqları var.
Əfsanəyə görə, məhz Pompey Teatrının yaxınlığında sui-qəsdçilər hökmdara hücum ediblər. Sezarın bu gün frazeologiyaya çevrilən məşhur "Sən də mi, Brut?" ("Et tu, Brute?") ifadəsi də elə bu yerdə yaranıb.