"YAŞAT” Fondu üç ildə təhsil üçün xərclədiyi vəsaiti açıqladı
Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 2 424 635.03 AZN təşkil edir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "YAŞAT"ın rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında məlumat verib.
O bildirib ki, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 532 və yaralıların 171 müraciəti olmaqla ümumilikdə 703 müraciət təmin edilib.
"Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 495 845.99 AZN vəsait qarşılanıb. Təhsil haqqının qarşılanması üzrə 588 müraciət Fond tərəfindən, 115 müraciət isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb (orta və ali təhsil müəssisələri və təlim-tədris mərkəzləri).
Bugünədək "YAŞAT" Fondu ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi və Dünya məktəbi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb. Bununla yanaşı "Dərs evi" tədris mərkəzi, "İnnab Business School", "SAT Group" və "Data Science Academy" təlim-tədris mərkəzi ilə əməkdaşlıq qurulub.