"YAŞAT" fondu 3 ildə bu qədər vəsait xərcləyib

"YAŞAT" fondunun 3 il müddətində xərclədiyi vəsaitin həcmi açıqlanıb.

"YAŞAT" fondunun 3 il müddətində xərclədiyi vəsaitin həcmi açıqlanıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə"YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında məlumat verib.

O bildirib ki, xərclər 4 istiqamət üzrə aparılıb və 79 484 043 manat təşkil edib.

"Ölkə ərazisində 3 004 şəhidin ailə üzvləri, habelə 6 568 yaralı olmaqla ümumilikdə 17 861 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 14 785 şəxsin 46 868 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 43 069-dır", - deyə o, əlavə edib.