Yasamalda hündürmərtəbəli binadakı yanğın söndürülüb - VİDEO - FOTO

12:40

Yasamalda hündürmərtəbəli binadakı yanğın söndürülüb - VİDEO - FOTO
12:40

Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində hündürmərtəbəli binada baş verən yanğın söndürülüb.

meqale.com Trend-ə istinadən bildirir ki, Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov jurnalistlərə açıqlamasında bildirib ki, yanğın binanın 4-cü mərtəbəsində ümumi sahəsi 112 kvadratmetr olan 3 otaqlı mənzilin 15 kv. metr sahəsi olan mətbəx hissəsində baş verib.

Yanğının digər otaqlara və qonşu mənzillərə keçməsinin qarşısı alınıb. Ümumilikdə yanğının söndürülməsinə 11-12 dəqiqə vaxt sərf edilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

---------

12:05

Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində hündürmərtəbəli binada mənzildə yanğın baş verib.