Xalq artisti Yaşar Nurinin vəfat edən qızını PAYLAŞDI - FOTO
Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı bu gün vəfat edib.
meqale.com-ın məlumatına görə, Xalq artisti Firəngiz Mütəllimova bununla bağlı paylaşım edib. O, mərhum sənətçi və qızı ilə arxiv fotolarını yayımlayaraq bunları yazıb:
"Ülviyyənin vaxtsız həyatdan gedişinə hələ də inana bilmirəm. Allah məkanını cənnət eləsin. Allah ailəsinə səbr versin".
Qeyd edək ki, Y.Nurinin iki qız övladı var. Onun digər qızı Ülkər isə müğənnidir.
Ülviyyə bir neçə il əvvəl avtomobil qəzasında həyat yoldaşını itirib. /axşam.az