Uşaqların qarınlarına şiş batırıb gəzdirdilər - FOTO
Şanlıurfada 4-5 yaşlı uşaqların qarnına şiş batırılması görüntülərindən sonra nazirlik hərəkətə keçib.
meqale.com haberler-ə istinadla bildirir ki, sosial şəbəkələrdə Şanlıurfada Rüfai təriqətinə aid bir yerdə çəkildiyi iddia edilən, heç bir məlumat verilməyən görüntülərdə 4-5 yaşlı uşaqların qarnına şiş batırılıb, gəzdirilməsi görüntüləri yayılıb.
Ailə və Sosial Xidmətlər Nazirliyi bu görüntülərdə iştirak edənlər haqqında cinayət işi açıldığını və sözügedən uşaqların dövlət himayəsinə götürüldüyünü açıqlayıb.