"Ukraynanın əks-hücumu nəticə verməyib, Qərb məyusdur"

Ukrayna on minlərlə insanını itirib, ölkənin səfərbərlik potensialı, demək olar ki, tükənib, Qərbin arsenalları tükənir.

Ukrayna on minlərlə insanını itirib, ölkənin səfərbərlik potensialı, demək olar ki, tükənib, Qərbin arsenalları tükənir.

meqale.com APA-ya istinadən bildirir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirədə bildirib.

Onun sözlərinə görə, Ukraynanın əks-hücumu nəticə verməyib.

"Kiyevin Qərbdəki kuratorları əks-hücumun nəticələrindən açıq şəkildə məyusdurlar. Qərb görür ki, onların təriflədikləri texnikaları mükəmməl yanır və hətta müəyyən mənada sovet maşınlarına da uduzur. Ukrayna sakinlərinin rəyi Avropada olduğu kimi yavaş-yavaş dəyişir, onlar ayılırlar", - Putin vurğulayıb.