Zelenski Ukraynanın Britaniyadakı səfirini vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Böyük Britaniyadakı səfiri Vadim Pristaykonu vəzifəsindən azad edib.

Zelenski Ukraynanın Britaniyadakı səfirini vəzifəsindən azad etdi
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Böyük Britaniyadakı səfiri Vadim Pristaykonu vəzifəsindən azad edib.

meqale.com APA-ya istinadən bildirir ki, müvafiq qərar Ukrayna prezidentinin saytında dərc edilib.

Qeyd edək ki, bir müddət əvvəl səfir Vadim Pristayko Zelenskinin Böyük Britaniya müdafiə naziri Ben Uollasla bağlı fikirlərini "qeyri-sağlam sarkazm" adlandırıb. Britaniya KİV-in məlumatına görə, diplomat Prezidenti tənqid etməsindən sonra Kiyevdən sərt tonda telefon zəngi qəbul edib.