Ukrayna 250 yeni döyüş təyyarəsi almaq istəyir
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi "F-16", "Gripen" və "Rafale" də daxil olmaqla 250-yə qədər yeni döyüş təyyarəsi almağı planlaşdırır.
meqale.com xəbər verir ki, Zelenski hazırda isveç, Fransa və ABŞ ilə danışıqlar apardığını deyib. Onun sözlərinə görə, "Gripen" təyyarələri Ukrayna üçün prioritet sayılır, çünki onların saxlanması daha ucuz və istifadəsi asandır.
Hazırda Ukrayna ordusunun arsenalında ABŞ istehsalı "F-16" və Fransa istehsalı "Mirage" qırıcıları mövcuddur.