Polkovnik Məlikməmməd Qurbanovun cəzası azaldıldı

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində təqsirli bilinən polkovnik Məlikməmməd Qurbanovun cəzası azaldılıb.

Polkovnik Məlikməmməd Qurbanovun cəzası azaldıldı
Xüsusilə külli miqdarda mənimsəmə cinayətində təqsirli bilinən polkovnik Məlikməmməd Qurbanovun cəzası azaldılıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə müdafiə tərəfinin şikayəti əsasında belə qərar çıxarıb.

Son qərarla Məlikməmməd Qurbanovun cəzası 6 il 6 aydan 6 ilə endirilib. Qərar qalan hissələrdə dəyişdirilməyib.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. O, 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.