Türkiyənin dörd kəndindən sakinlər təcili təxliyə edildi

Türkiyənin Mersin vilayətinin dörd kəndinin 200-ə yaxın sakini meşə yanğınları səbəbindən təxliyə edilib.

Türkiyənin dörd kəndindən sakinlər təcili təxliyə edildi
Türkiyənin Mersin vilayətinin dörd kəndinin 200-ə yaxın sakini meşə yanğınları səbəbindən təxliyə edilib.

meqale.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Mersin qubernatoru Atilla Toros məlumat verib.

O qeyd edib ki, yanğının söndürülməsinə doqquz helikopter və təyyarə, həmçinin "BE-200" amfibiya tipli təyyarə cəlb edilib.

Bölgədə davam edən küləyin yanğının söndürülməsini çətinləşdirdiyi bildirilir.