Türkiyənin Çinə polad məhsulları ixracı 50 faizə yaxın artıb
Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Çinə polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 48,9 faiz artıraraq 19,5 milyon dollara çatdırıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyun ayında Türkiyə Çinə polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 5,7 faiz artaraq 2,4 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz azalaraq, 7,2 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 1,3 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 42,1 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 16,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib.