Tiktokda söyüş söydüyünə görə 70 manat cərimələndi

"TikTok"da canlı yayımda nalayiq ifadələr işlədən kişi cəzalandırılıb.

Tiktokda söyüş söydüyünə görə 70 manat cərimələndi
"TikTok"da canlı yayımda nalayiq ifadələr işlədən kişi cəzalandırılıb.

meqale.com "teleqraf"ın məlumatına əsasən xəbər verir ki, Naxçıvanın Ordubad rayonunda sosial şəbəkədə kobud ifadələr işlədən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilib.

1987 ci il təvəllüdlü və adı şərti olaraq Vüqar Səlimov kimi göstərilən şəxs noyabrın səkkizi axşam saatlarında kafedə olarkən özünə məxsus TikTok hesabında canlı yayıma qoşulub və orada nalayiq sözlər işlədib.

Hadisə ilə bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə inzibati iş açılıb.

Məhkəməyə təqdim olunan izahında Səlimov ittihamı qəbul edib. O deyib ki canlı yayım zamanı tanıdığı bir nəfər ona zəng edib və zarafat edib. Səlimov içkili halda olduğunu və yayımdan çıxdığını unutduğunu bildirərək belə sözlər işlətməsinə görə peşman olduğunu əlavə edib.

Ordubad Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs yetmiş manat məbləğində cərimə olunub.