Zibillər çayın içərisinə axır: Sakinlər artıq dözə bilmir
Gəncəçay sahilində yaşayan sakinlər ərazidə yaranmış antisanitar vəziyyətdən narazılıq edirlər.
meqale.com xəbər verir ki, onların sözlərinə görə, çay kənarında bir neçə zibil konteyneri yerləşdirilsə də, bəzi hallarda tullantılar hələ də birbaşa çayın sahilinə atılır və bu vəziyyət sanitar baxımdan ciddi narahatlıq doğurur.
Məsələ ilə bağlı Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən bildirilib ki, çayın məcrası birliyin xidmət ərazisinə daxil olmasa da, sanitar vəziyyətin qorunması məqsədilə ərazidə genişmiqyaslı təmizlik işləri həyata keçirilir. Qurum tərəfindən çay sahəsi məişət tullantılarından, ağac və kol-kosdan, həmçinin alaq otlarından təmizlənir.
Buna baxmayaraq, ərazidə hələ də tullantı atılması hallarına rast gəlinir və sakinlərin narazılığı davam edir.