"Tamaşaçı bəyənmədi, olmayanda olmur"
Daha bir serial vaxtından əvvəl bitir.
meqale.com xəbər verir ki, bu, Kanal D-də yayımlanan "Piyasa" serialıdır. Ekran işinin son seriyası sabah yayımlanacaq.
Serialın vaxtından əvvəl bitməsinə səbəb kimi reytinq azlığı göstərilib.
Ekran işinin baş rol ifaçısı İlayda Alişan "tamaşaçı bəyənmədi, olmayanda olmur", - deyərək serialın uğursuz alındığını bildirib.
Qeyd edək ki, serialda İlaydanın tərəf müqabili Alp Navruzdur.