Sıla Türkoğlu yeni serialda

İtaliyanın son illərdə ən çox izlənilən seriallarından biri olan "Doc" Türkiyədə adaptasiya olunur. NOW kanalında yayımlanması planlaşdırılan "Doktor" serialının aktyor heyətində ciddi dəyişiklik baş verib.

meqale.com xəbər verir ki, serialın baş rolu üçün əvvəlcə Alina Boz ilə razılıq əldə olunub. Lakin rejissorun başqa aktrisanı istəməsi səbəbindən Boz layihədən kənarlaşdırılıb.

Bu dəyişiklikdən sonra prodüserlər son dövrlərin populyar aktrisalarından biri olan Sıla Türkoğlu ilə razılığa gəliblər. "Kızılcık Şerbeti" serialında canlandırdığı Doğa obrazı ilə böyük maraq qazanan 26 yaşlı aktrisa "Doktor" serialında Mevsim adlı həkim obrazını canlandıracaq.