"Sığınacaqların sayı real ehtiyacı qarşılamır" - Mehriban Zeynalova

Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil.

Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil.

meqale.com xəbər verir ki, bunu keçirilən mətbuat konfransında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

Onun sözlərinə görə, ölkədə mövcud sığınacaqların sayı real ehtiyacı tam qarşılamır. 

Mehriban Zeynalova qeyd edib ki, sığınacaqların yaradılması formal yanaşma ilə həyata keçirilməməlidir:

"Bu cür mərkəzlərin yaradılması asan proses olmamalıdır. Sığınacaqlara yalnız öz işini peşəkar şəkildə bilən, zərərçəkənlərlə işləmək təcrübəsi olan mütəxəssislər cəlb edilməlidir".