Sibel Canın mahnısı plagiat çıxdı - Azərbaycanlı bəstəkarın imiş - VİDEO
Türkiyəli müğənni Sibel Canın öz mahnısı kimi oxuduğu "Tamam o zaman" bəstəsi plagiat çıxıb.
meqale.com unikal-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Sözügedən bəstə aranjeman edilərək qismən dəyişdirilsə də, azərbaycanlı bəstəkar Tahir Əkbərin "Gülüb getdi" mahnısının plagiatıdır.
Qeyd edək ki, Tahir Əkbər "Gülüb getdi"ni 1987-ci ildə bəstələyib. Sibel Can isə bundan 28 il sonra Ayman Bahqat Amar və Tamer Alinin bəstələdiyi deyilən həmin ifanı səsləndirib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun