Separatçılar cəzasız qala bilməzdi - Nadejda İsmayılova "Tofiq Abbasovla dialoq" verilişində - VİDEO - FOTO
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.
meqale.com Trend-ə istinadən bildirir ki, verilişin qonağı Azərbaycanın əməkdar jurnalisti, publisist və ssenaristi Nadejda İsmayılova olub.
O qeyd edib ki, bu il 19-20 sentyabr tarixlərində Azərbaycan tərəfindən keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində haqq-ədalət qələbə çaldı.
"Bu, Azərbaycanın böyük zəfəridir", - N.İsmayılova əlavə edib.
Separatçıların keçmiş rəhbərlərinin saxlanılması mövzusuna toxunan jurnalist vurğulayıb ki, onlar cəzasız qala bilməzdi.
Qarabağda qondarma "etnik təmizləmə" iddialarına gəlincə, Nadejda İsmayılova qeyd edib ki, Qarabağda heç bir "etnik təmizləmə" yoxdur, əksinə Prezident İlham Əliyev bütün diplomatik platformalarda Qarabağın erməni sakinlərinin hüquqlarının təmin olunduğunu bildirir.
"BMT missiyası da Qarabağda "etnik təmizləmə"nin olmadığını təsdiqlədi", - o deyib.
Trend BİA verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:
meqale.com