“Səbail” yoxlama görüşündə Rusiya klubuna məğlub oldu
Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" ikinci yoxlama oyununu keçirib.
meqale.com qaynarinfo.az-az istinadən Şahin Diniyevin rəhbərlik etdiyi komanda Rusiya təmsilçisi "Fakel"lə üz-üzə gəlib. Matçın taleyini 1 qol həll edib. Voronejlilər 69-cu dəqiqədə penaltidən vurduqları yeganə qol sayəsində 1:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, "Səbail" Antalyadakı ilk yoxlama görüşündə Rumıniya yüksək liqasında çıxış edən "Universitatya Kluj"la qolsuz bərabərə qalıb.