Sayğacların quraşdırılmasına başlandı - Bu xidmətə görə də pul alınacaq
Bu il 60 ədəd istilik sayğacı alınıb.
Bu barədə meqale.com-ın sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.
Qurumdan qeyd olunub ki, onlar pilot layihə çərçivəsində Nizami rayonundakı bəzi binalarda quraşdırılır.
Bildirilib ki, layihə hələlik yalnız bina səviyyəsində tətbiq olunur və mənzillərə ayrıca sayğaclar qoyulmur:
"Hazırda ödənişlər bu sayğaclarla hesablanmır. Gələcəkdə əhali istehlakçı qrupu üçün sayğacların "Azəristiliktəchizat" ASC və ya dövlət tərəfindən təmin edilməsi, qeyri-əhali qrupu, yəni müəssisələr üçün isə sayğacların onların öz vəsaiti hesabına alınması planlaşdırılır".