Rusiyada azərbaycanlının üzünə BƏXT GÜLDÜ - 100 milyonluq uduş - FOTO
Rusiyada azərbaycanlı loterayada 100 milyon rubl udub.
meqale.com APA-ya istinadən bildirir ki, Soçidə yaşayan həmyerlimiz Azər Musayev 100 milyon rubl (100 min ABŞ dolları) məbləğində rekord super mükafatı qazanıb.
Onun qalib olduğu lotoreya biletinin qiyməti 500 rubl olub.
Həmyerlimiz bildirib ki, əvvəlcə iki bilet alıb:
"Həmin biletlər uduşsuz olub. Üçüncüsünü aldım və düşündüm: Qoy sonuncu dəfə cəhd edim. Dəmir pulla lotareyanı silməyə başladım. Üst sətirdə 5 milyon gördüm. Sevindim, daha yoxlamadım və düşündüm ki, bu məbləği udmuşam. Bileti satıcıya verəndə o da yoxladıqda məlum oldu ki, mən əslində 100 milyon qazanmışam. Düzünü desəm mən buna dərhal inanmadım", - deyə həmyerlimiz söyləyib.