Rusiya Baş Prokurorluğu məlumat yaydı - Hüquqi qiymət veriləcək
Rusiya Baş Prokurorluğu "Vaqner" silahlı qrupunun təsisçisi Yevgeni Priqojinə qarşı cinayət işinin başlanmasına münasibət bildirib. Baş Prokurorluq onun əməllərinə lazımi hüquqi qiymət veriləcəyini qeyd edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq öz "Telegram" kanalında bildirib.
"23 iyun 2023-cü ildə Rusiya FSB-nin İstintaq İdarəsi qanuni və əsaslı surətdə Ye. V. Priqojinə qarşı silahlı üsyan təşkil etmə faktı üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 279-cu maddəsi ilə cinayət işi qaldırıb. Onun əməllərinə lazımi hüquqi qiymət veriləcək. Bu cinayət işi üzrə 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur", - deyə qeyd olunub.