Rusiya Aya yenidən missiya göndərə bilər

"Luna-25" avtomatik stansiyasının qəzaya uğramasından sonra Rusiya Ayın cənub qütbünə təkrar missiyanı 2025-2026-cı illərdə göndərməyi nəzərdən keçirir.

Rusiya Aya yenidən missiya göndərə bilər
"Luna-25" avtomatik stansiyasının qəzaya uğramasından sonra Rusiya Ayın cənub qütbünə təkrar missiyanı 2025-2026-cı illərdə göndərməyi nəzərdən keçirir.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyi ("Roskosmos") məlumat yayıb.

Məlumata görə, "Roskosmos"un baş direktoru Yuri Borisov bu gün "Luna-25" avtomatik stansiyasının baş tərtibatçısı olan S.A.Lavoçkin adına Elmi-İstehsalat Birliyində (EİB) işçi iclas keçirib.

Qeyd edək ki, Rusiya 1976-cı ildən bu yana Aya ilk kosmik gəmi göndərib. "Luna-2"5 avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən "Vostoçnıy" kosmodromundan "Soyuz 2.1b" raketi ilə buraxılıb.

"Luna-25" avtomatik stansiyası avqustun 21-də Ayın cənub qütbünə enməli idi. Lakin avqustun 20-də "Roskosmos" stansiyanın Ay səthi ilə toqquşaraq qəzaya uğradığını bildirib.