Ronaldonun toy tarixi açıqlandı - FOTO
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu və Georgina Rodriqesin toy tarixi müəyyənləşib.
meqale.com xarici mediaya istinadla xəbər verir ki, cütlük 2026-cı ilin yayında, dünya çempionatından sonra Madeyrada, Funşaldakı kilsədə evlənəcək.
Mərasim daha sonra lüks bir hoteldə davam edəcək.
Xatırladaq ki, Corcina bu ilin avqustun 11-də instaqram hesabında etdiyi paylaşımda Kriştianonun ona evlilik təklif etdiyini açıqlayıb. 9 ildir birlikdə olan cütlüyün Alana və Bella adlı iki qızı var. Ronaldonun digər uşaqları isə surroqat anadan dünyaya gəlib.