Rəşad Sadıqov “Neftçi” ilə oyundan danışdı
"Futbolçularımı alqışlayıram, çox yaxşı oyun sərgilədilər. Bir neçə real qol imkanımız oldu, amma dəyərləndirə bilmədik. Penalti sayəsində hesabı bərabərləşdirdik".
meqale.com-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının "Neftçi" ilə oyunundan sonra (2:2) oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Sadıqov komandasının mübarizəsindən razı qaldığını bildirib: "Ümumilikdə baxımlı oyun alındı. Meydançanın durumu da yaxşı idi, bu da keyfiyyətə təsir göstərdi. Oyunçulara qısa istirahət veriləcək, sonra hazırlıqlar davam edəcək. Təəssüf ki, Ayron Qomisin qırmızı vərəqəsi bizi üzdü."
Zədəlilərlə bağlı danışan Sadıqov əlavə edib: "Volkov və Cibrilla ən az 5-6 həftə meydanda olmayacaq. Bu da hücum xəttində ciddi çətinlik yaradır".
Yeni transfer Yeqor Boqomolskiyə də toxunan baş məşqçi onun istəkli və çalışqan olduğunu deyib: "Hər oyunda qol fürsəti yaradır, sadəcə fərqlənmək şansı hələ ki, alınmayıb. Ancaq inkişaf edərək komandaya böyük fayda verəcək".