Qəzzada və İsraildə ölənlərin sayı açıqlandı - YENİLƏNİB

İsraildə HƏMAS qruplaşmasının hücumu nəticəsində ölənlərin sayı 1 200-ə yüksəlib, yaralananların sayı isə 2 700-ü keçib.

Qəzzada və İsraildə ölənlərin sayı açıqlandı - YENİLƏNİB
İsraildə HƏMAS qruplaşmasının hücumu nəticəsində ölənlərin sayı 1 200-ə yüksəlib, yaralananların sayı isə 2 700-ü keçib.

--------

07:37

Qəzza zolağında İsraillə münaqişə nəticəsində ölənlərin sayı 900-ə çatıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi "Facebook" səhifəsində məlumat yayıb.

Məlumata görə, 4500 nəfər xəsarət alıb.

Ölənlərdən 260-ı uşaq, 230u isə qadındır.

Qurbanlar arasında altı tibb işçisi və səkkiz media işçisi də var.

Məlumata görə, 140 mindən çox sakin İsrailin atəşi nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıb.

HAMAS-ın hücumu nəticəsində isə 1000-dən çox israilli ölüb.

Qarşıdurmalar nəticəsində 3400 İsrail vətəndaşının isə yaralandığı qeyd olunub.