"Qərb Ukrayna taxılının digər marşrutlar üzrə ixrac variantlarını araşdırır"

Taxıl müqaviləsinə xitam verildikdən sonra Qərb ölkələri Ukraynadan dünya bazarlarına ərzaq ixracı variantlarını araşdırır.

Taxıl müqaviləsinə xitam verildikdən sonra Qərb ölkələri Ukraynadan dünya bazarlarına ərzaq ixracı variantlarını araşdırır.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə cümə günü Aspen İnstitutunun illik təhlükəsizlik forumunda ABŞ Dövlət katibi Entoni Blinken bildirib.

"Biz müttəfiqlərlə, tərəfdaşlarla işləyirik. Variantları tapmaq üçün Ukrayna ilə də işləyirik. Amma qeyd etməliyəm ki, taxıl müqaviləsinin başa çatması ilə itirdiyimiz həcmləri (ərzaq tədarükü) başqa marşrutlar hesabına kompensasiya etmək mümkün olmayacaq", - deyə E.Blinken vurğulayıb.

Eyni zamanda, o, müqaviləyə xitam verildikdən sonra gəmilərin sığortalanması ilə bağlı çətinlikləri də qeyd edib.