Qazax sakinləri silahlarını polisə təhvil verdi - FOTO

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən meqale.com-ə verilən məlumata görə, keçirilən müvafiq tədbirləri nəticəsində həftə ərzində 4 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli, yivli və yivsiz ov silahlarını polisə könülllü təhvil veriblər. Həmin silahlar müvafiq ekspertizaya təqdim edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.