Qaradağdakı ağır qəzada ölənlərin sayı 3-ə çatdı - ADLAR - YENİLƏNİB - VİDEO

Qaradağ rayonunda baş verən ağır qəzada ölənlərin sayı üçə çatıb.

Qaradağdakı ağır qəzada ölənlərin sayı 3-ə çatdı - ADLAR - YENİLƏNİB - VİDEO
Qaradağ rayonunda baş verən ağır qəzada ölənlərin sayı üçə çatıb.

meqale.com qəzada ölənlərin adlarını təqdim edir:

Bəşirov Üzeyir Heydər oğlu

İsgəndorova Zahidə Tahir Qızı

Cənnət adlı qadın

------ 11:08

Qaradağ rayonunda baş verən ağır avtobus qəzasında ölənlərin kimliyi məlum olub.

meqale.com xəbər verir ki, ağır qəza nəticəsində avtobusda olan 2 nəfər hadisə yerində ölüb.

Onlardan biri Bəşirov Taleh Üzeyir oğlu adı kişi, biri isə Cənnət adlı qadındır.

Ölən şəxslər Qaradağ rayonu Çeyildağ qəsəbəsinin sakinləridir. 

----------

10:35

Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

meqale.com xəbər verir ki, Qaradağ rayonunun ərazisində sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşurut qəza edib.

Hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza edib.

İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər ölüb. Bir neçə nəfərin isə yaralandığı bildirilir.