İradə arıqlayıb "iynəyə sap" oldu - VİDEO

Müğənni İradə İbrahimovanın son görüntüsü sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.

İradə arıqlayıb
Müğənni İradə İbrahimovanın son görüntüsü sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.

meqale.com-ın məlumatına görə, sənətçi bu dəfə daha da incəlmiş görünüşü ilə izləyicilərin marağına səbəb olub.

Paylaşılan kadrlarda İradə İbrahimovanın xeyli arıqladığı müşahidə olunur. Onun bu görünüşü sosial şəbəkə istifadəçiləri arasında "iynəyə sap olub" kimi şərhlərlə müzakirə edilib.

Yeni imici qısa müddətdə geniş yayılaraq müxtəlif rəylərin formalaşmasına səbəb olub. Bəzi izləyicilər müğənninin fit görünüşünü bəyənsə də, digərləri onun bu qədər incəlməsini təəccüblə qarşılayıblar.