“Qarabağ” “Kəpəz”i məğlub etdi
"Qarabağ" komandası Premyer Liqada növbəti qələbəsini qazanıb.
meqale.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv VII turda "Kəpəz"i qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti ilə bitib.
37-ci dəqiqədə Samy Mmae fərqlənib. Rəqiblərindən bir oyun az keçirən Ağdam klubu 13 xalla ikinci pillədə qərarlaşıb. Yeddi matçın hamısında məğlub olan Gəncə təmsilçisi 12-ci sıradadır.
Günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gələcək.