“Qarabağ”ın rəqibi Bakıya qələbə ilə gəlir - VİDEO

"Qarabağ"ın Avropa Liqasının pley-offundakı rəqibi "Braqa" növbəti oyununu keçirib.

“Qarabağ”ın rəqibi Bakıya qələbə ilə gəlir - VİDEO
"Qarabağ"ın Avropa Liqasının pley-offundakı rəqibi "Braqa" növbəti oyununu keçirib.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Artur Jorjenin yetirmələri Portuqaliya çempionatının XXII turunda meydana çıxıblar.

Braqanın eyniadlı təmsilçisi evdə "Farense" ilə görüşüb. Meydan sahibləri bu qarşılaşmada 2:1 hesabı ilə qalib gəliblər.

Bu matçın ilk yarısında Joao Moutinyo penaltidən yararlana bilməyib. Fasilədən sonra Simon Banza hesabı açsa da, "Farense" bərabərlik qoluna imza atıb. "Braqa" sona 5 dəqiqə qalmış Şer Ndurun qolu ilə üç xal qazanıb - 2:1.